Fransa-Azərbaycan Universiteti

Fransa-Azərbaycan Universiteti (UFAZ) layihəsi Fransa Respublikası və Azərbaycan Respublikası Prezidentlərinin təşəbbüsü ilə irəli sürülmüş bir layihədir. Layihəyə əsasən, 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Fransanın Strasburq Universitetinin birgə hazırladığı aşağıdakı 4 ixtisas üzrə tədris başlanıb:

  1. Geofizika mühəndisliyi;
  2. Kimya mühəndisliyi;
  3. Kompüter elmləri;
  4. Neft-qaz mühəndisliyi.

 

Tədris tamamilə fransız proqramına əsaslandığına görə UFAZ-ın məzunları sonda müvafiq olaraq iki diplomla təmin olunacaqlar (ADNSU və Strasburq Universiteti).

Qeyd edək ki, bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris müddəti) olmaqla tamamilə ingilis dilində ADNSU-da aparılacaq. Semestr ərzində yaxşı nəticə göstərən tələbələrin Fransada yay məktəblərində və bir mübadilə semestrində iştirak etməsi nəzərdə tutulur.

2016-2017-ci tədris ili üçün UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli olmaqla 160 tələbənin təhsil alması nəzərdə tutulmuşdu. Ali təhsil müassisəsinə qəbul imtahanı zamanı 500 –dən çox bal toplayan abituriyentlərdən ADNSU-da təşkil olunan daxili imtahanın nəticəsinə 142 nəfər UFAZ-ın tələbəsi adını qazanıb.  

Əlaqə vasitələri:

 

Ünvan: Bakı şəhəri, Azadlıq pr. 34, (ADNSU-nun əsas tədris binası)

Əlaqə telefonu: +994 12 493 23 24

Veb-səhifə: ufaz.edu.az

E-poçt: ufaz@asoiu.edu.az

FB: facebook.com/ufaz.university/