İnformasiya Texnologiyaları Departamenti

     Departamentin fəaliyyətinin əsas məqsədi müasir standartlara uyğun informasiya sistemlərinin yaradılmasını, dəstəklənməsini və onların digər sistemlərlə inteqrasiyasının təşkil edilməsidir.

 Departamentin əsas funksiyaları:

 

1.Müasir tələblərə cavab verən informasiya sistemlərinin yaradılması, daim inkişaf etdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi;

2.İnformasiya sistemlərinin etibarlı və davamlı fəaliyyətinin təmin edilməsi;

3.Avtomatlaşdırmadan kənar qalan sahələrin müəyyən edilməsi, bununla əlaqədar informasiya texnologiyalarına dair tələblərin və texniki tapşırıqların hazırlanması və avtomatlaşdırma prosesinə cəlb edilməsi;

4.Proqramlaşdırılacaq məsələlərin alqoritmlərinin və proqram təminatlarının işlənib hazırlanması;

5.İnformasiya sistemlərinin müasir standartlara uyğun olaraq digər sistemlərə inteqrasiyasının təşkil edilməsi;

6.İnformasiya sistemlərinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Universitetin normativ-metodoloji bazasının hazırlanması və daim təkmilləşdirilməsi;

7.İnformasiya texnologiyaları məsələlərinə dair departamentə daxil olan müraciətlərə baxılması, məktub və sorğulara cavabların hazırlanması.